• $
  • €
  • ₽
  • ₺
  • £

İki təkər üstündə böyüyən ümidlər...

İki təkər üstündə böyüyən ümidlər...
18.04.2016 16:10

İlkin Əmiraslanzadənin xatirəsinə...
 
Bir gün, cəmi bircə gün gecikmək ümidləri iki təkər üstündə böyüyən həyat dolu insana. Bu yazını düşünmürdüm ki, belə kədər dolu notlarla başlayaram. O, iki təkər üstündə elə sürətlə uzaqlaşdı ki bizdən.
 
Bu gün sizinlə mələk kimi saf, təmiz, 21 yaşında yeriyən oturacağa məhkum, həyat dolu gəncin hekayəsini bölüşməliydim. Əli-ayağı tutan, lakin həyata tutuna bilməyən insanlara örnək olsun deyə düşünmüşdüm bu yazını. Nə qədər suallarım vardı ona ünvanlayacağım. Alacağım cavabların bir çoxlarının həyatında qığılcım yaradacağından əmin idim. Gəl gör ki..
 
Onunla bir həftə bundan qabaq sözləşmişdik, mənə müsahibə verməliydi...
 
İlkinlə son dəfə danışanda ondan müsahibə almaq istədiyimi bildirdim. Razı oldu. Lakin işlərimin çoxluğu, bir az da tənbəlliyim ucbatından sualları hazırlmağı bu günə saxladım. Bu gün İlkinə yazıb göndərəcəkdim.  Dünən gecə aldığım xəbər məni elə sarsıtdı ki...
 
Sözü gedən mələk ötən gün gecə saatlarında vaxtsız, səssiz, mənə bir xəbər belə etmədən uçub gedib... "Kaş ki, kaş ki gecikməzdim” dedim. Facebookda aktiv gördüm profilini. Düşündüm ki, bəlkə İlkin bizlə zarafat edir. Çünki ölümündən bir neçə gün öncə şikayət etmişdi dostlarının ona az diqqət ayırmasından. Həmin an mesaj yazdım: "İlkin, bu sənsən düzdü? Sənin yoxluğuna kim necə reaksiya verəcək deyə belə bir şey etmisən. İlkin, bizlə zarafat edirsən, hə? Əgər salamtsansa, cavab ver”. Mesajıma xalası qızı cavab yazdı. "İlkin bu gün dəfn edildi..”
 
Niyə yaxşılar bir-bir köçüb gedir?! Məncə, dünya o qədər çirkaba batıb ki, onlar bu çuxura daha çox düşməsinlər deyə qanad açıb göylərə qalxmağa qərar verirlər.
 
Öləcəyini hiss edibmiş...
 
Nə qəribədir,  son vaxtlar tez-tez üzləşirəm bu halla. Öləcəyini kimsə öncədən bilib, sosial şəbəkələrdə bu barədə nəsə  yazıb, falan-filan. Amma İlkin bu cür etmədi. Öz şəklini düzəldib, altına da bu sözləri yazıb: "Həyatı sevməmək üçün çox səbəbim var, amma səbəblər həyatı yaşamağa və insanları sevməyə mane ola bilməz..” Anasına tapşırıb ki, mən ölsəm bu şəkli məzar daşıma vurarsınız. "Məni Bakıda basdırın. Pullu, bahalı yerdən qəbrim olsun. Hamı desin, İlkinin qəbri bahalıdı..”
 
İlkin niyə bu qənaətə gəlmişdi? Bunun cavabını indi ağlımda qalan cavabsız suallar kimi müsahibimdən ala bilməyəcəm. Amma ailəsinin "bahalı qəbrə” imkanı çatmadığı üçün onu Şabranda dəfn etməli olublar.
 
İlkin Əmiraslanzadə meopatiyadan (əzələ distrofiyası) əziyyət çəkirdi. Onunla Bakı Slavyan Universitetində fiziki məhdudiyyətli istedadlı gənclərə həsr edilmiş "Görülməyən dünya” filminin təqdimatında tanış olmuşdum. İlk görüşdən anlamışdım, o bir çoxlarımıza örnək olunası gənc idi. Onun kimi orada olan iki təkərə məhkum neçə gənc kimi...
 
Dünyanızın görülməyən tərəfində nələr qalır, kimin sizin işığınıza ehtiyacı var bu gün? Bir gözdən keçirin. Əks halda mənim kimi müashibiniz olmadan öz-özünüzə danışası olacaqsınız. Onlar da bizdən biri deyilmi? Qoy hər ürək döyünsün...
 
Yazımın bu yerində müsahibim mənə, mən də ona uğurlar arzu edib, gələn görüşlərdək deməli idim. İlkinlə gələn görüşlərin olmayacağı üçün burdan oxucularıma deməliyəm: ”Həmişə saf, günahsız qaldın yadımda.
 
Bağışla məni. Mələk üzlü müsahibim..”
 
Ətrafımda neçə qəlbi əlil insan var İlkinin ayaqları kimi. Onun ümid dolu gözləri bir çoxlarının qaranlıqda qalan ürəyinə işıq sala bilərdi... O ümidlər iki təkər üstündə qaldı, ayaq açıb yeriyə bilmədi. Qanad açıb bizdən çox yüksəklərə uçmağı bacardı...

Gecikməyin həyata, insanlara, bu günün qayğısını sabaha saxlamayın!
 
Aytəkin Qardaşova








www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol