• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Beynəlxalq Çin dili günü” qeyd edildi

ADU-da “Beynəlxalq Çin dili günü” qeyd edildi
19.04.2016 23:11
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Çin dili gününə həsr olunmuş "Çin dili: linqvogeoqrafiya və siyasət” mövzusunda  elmi seminar keçirildi. 

Açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov müasir "Çin dilli dünya”, "Çində dil siyasəti”, "Çin - İslam dili kontaktları” mövzularında  danışaraq Azərbaycanda bu dilin öyrənilməsi üçün nəşr olunan metodiki vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətindən danışdı.

Seminarda çıxış edən ADU-nun Çin dili üzrə müəllimi Könül Abbasova, həmçinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri "Çində dil vəziyyəti”, "Çin dilinin dialekti”, "Tarixi və heroqlif yazının inkişafı” haqqında məlumat verdilər. Çin dilinin BMT-nin rəsmi dillərindən biri kimi işləndiyi söylənilərək Çinin qədim alimi Szan Szenin xatirəsinə  "Beynəlxalq Çin dili günü”nün müəyyən edilməsi barədə də danışdılar. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol