• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: “Cəza sanksiyaları ilə bağlı islahatlar nəzərdə tutulur”

Deputat: “Cəza sanksiyaları ilə bağlı islahatlar nəzərdə tutulur”
21.04.2016 14:19
"Azərbaycanda cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılanların sayı 24 minə qədərdir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə UNİSEF-lə birgə keçirilən "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi” adlı tədbirdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib.

Məhkumların sayı ilə bağlı danışan Ç. Qənizadə deyib ki, bu rəqəm eyni zamanda büdcədən xərclərin artmasına da səbəb olur: "Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır və bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarla bağlı islahatlara ehtiyac var. İslahatlar nəticəsində məhkumların sayı xeyli aşağı düşəcək. Məsələn, hazırda qüvvədə olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrum etmə tətbiq edilir. Halbuki, narkotik aludəçisi xəstə hesab olunur və onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamağa”.

Onun sözlərinə görə, yaxın zamanlarda bununla bağlı qanunvericiliyə müvafiq islahatlar aparılması gözlənilir.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol