• $
  • €
  • ₽
  • ₺
  • £

“Qan ver, yaşat!” devizi altında qanvermə aksiyası

“Qan ver, yaşat!” devizi altında qanvermə aksiyası
21.04.2016 17:23
Bu gün Mərkəzi Elmi Kitabxananda bu təşkilatın təşəbbüsü, Qızıl Aypara Cəmiyyətinin AMEA bölməsinin və B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə "Qan ver, yaşat!” devizi altında növbəti könüllü qanvermə aksiyası keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə humanitar aksiyanın məqsəd və əhəmiyyətindən danışıb. "Aksiyanın Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı, görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinskinin doğum günündə keçirilməsinin heç də təsadüfi olmadığını bildirib.

Cəmiyyətin AMEA bölməsinin sədri Ceyran Nağıyeva aksiyanın Qarabağ uğrunda gedən döyüşlərdə yaralanan Azərbaycan  Ordusu əsgərlərinə yardım, həmçinin talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsi məqsədilə keçirildiyini bildirib.

Daha sonra aksiyada Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən qan analizi aparılaraq müəyyən olunub və qan götürülüb.

Humanist xarakterli aksiyada Mərkəzi Elmi Kitabxana, eləcə də AMEA-nın digər elmi müəssisələrindən əməkdaşlar yüksək fəallıqla və könüllü olaraq iştirak ediblər.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol