• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin maaşı məcburi tutulur? - AÇIQLAMA

Müəllimlərin maaşı məcburi tutulur? - AÇIQLAMA
27.04.2016 16:50
Sosial şəbəkələrdə Azərbaycan Ordusunun aprelin əvvəllində, 4 günlük müharibədə qazandığı uğurlara görə, təhsil işçilərinin aprel ayında alacaqları əmək haqqlarının 1 faizinin Silahlı Qüvvələrin Yardım Fonduna ayrılacağını əks edirən foto paylaşılıb. İddialara görə, əmək haqlarının müəyyən hissəsinin fonda ayrılmasını nəzərdə tutan ərizəyə imza atmaq müəllimlərdən məcburi şəkildə tələb edilir.


Foto "Facebook" sosial şəbəkəsində yayılıb

Bir müddət bundan əvvəl vətəndaşlar arasında könüllü olaraq, ön cəbhədə vuruşan əsgərlərimizə dəstək məqsədi ilə yardım yığılırdı. Ancaq Müdafiə Nazirliyi bu hadisədən xəbər tutan kimi, belə yardımlara heç bir ehtiyacın olmadığını, Silahlı Qüvvələrin kifayət qədər ehtiyatının olduğunu bildirmişdi.

Bəs sosial şəbəkədə yayılan təhsil işçilərinin əmək haqlarından 1 faizin tutulub, Silahlı Qüvvələrin Yardım Fonduna verilməsi haqda məlumat doğrudurmu?

ANN.Az  məsələ ilə əlaqədar Təhsil və Müdafiə Nazirliklərinin mətbuat xidmətləri ilə əlaqə saxlayıb.
 

Təhsil Nazirliyi

Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə yayılan xəbəri belə şərh edib:  "Son günlər ərzində ordumuza öz doğmalıq hissini, sevgisini çatdırmaq üçün təhsil kollektivləri müxtəlif təşəbbüslər irəli sürüblər. Bunlardan biri də öz əmək haqlarından müəyyən hissənin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsi ilə bağlı olan istəkdir. Təhsil Nazirliyi də bunun qanunvericilik çərçivəsində könüllülük prinsipinə uyğun olaraq, birdəfəlik edilməsini tövsiyə edib. Bir daha bildirmək istəyirik ki, bu güclü və yüksək təminatlı Azərbaycan Ordusuna xalqın sevgisinin paylaşımı və könüllü yardımlaşmasının nişanəsidir. Bununla bağlı hər hansı bir məcburetmə halı yolverilməzdir. Əgər hər hansı bir təhsil işçisi buna və digər adla istənilən vəsait yığımlarına məcbur edilirsə, təhsil nazirliyinin "qaynar xətt" inə müraciət edə bilər”.
 

Müdafiə Nazirliyi

Müdafiə Nazirliyinin mətbuat xidmətinin Vaqif Dərgahlı ANN.Az-a açıqlamasında bu haqda məlumatının olmadığı bildirdi: "Heç bir məlumatım yoxdur. Bu barədə Təhsil Nazirliyi ilə əlaqə saxlayın”.

Qeyd edək ki, aprelin 5-də Müdafiə Nazirliyi orduya dəstək üçün yığılan yardım barəsində açıqlama yaymışdı: "Son günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslər Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəyir, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət edirlər. Bununla əlaqədar bildiririk ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Ona görə də Silahlı Qüvvələrin bu tipli dəstək və yardım kampaniyalarına heç bir ehtiyacı yoxdur.

Məsələni araşdırmağa davam edəcəyik...

Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol