• $
  • €
  • ₽
  • ₺
  • £

General: "Orduya inamın gücləndirilməsində medianın rolu əvəzsizdir"

General: "Orduya inamın gücləndirilməsində medianın rolu əvəzsizdir"
07.05.2016 12:01
"Orduya inamın gücləndirilməsində media nümayəndələrinin rolu əvəzsizdir".

"Report"un xəbərinə görə, bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən III atıcılıq turnirində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib.

O qeyd edib ki, aprelin əvvəlində cəbhəboyu ərazilərdə baş verən hadisələr zamanı Azərbaycan mətbuatı əsl vətənpərvərlik nümayiş etdirib: "Əksər mətbuat orqanları dəqiqləşdirilmiş və rəsmi təsdiq edilmiş məlumatların yayımlanmasına üstünlük verərək hərbi əməliyyatlardakı qələbəmizə informasiya müharibəsində də qələbə əlavə etdilər. Amma qarşıda görüləcək işlər çoxdur. Torpaqlarımız işğaldan azad olunan günə qədər hər birimiz bütün qüvvələrimizi səfərbər etməliyik. Bizim qurum mətbuatın cəmiyyətdəki əhəmiyyətini qiymətləndirərək KİV ilə birlikdə müxtəlif layihələr həyata keçirir".

Qeyd edək ki, bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan III atıcılıq turnirinə start verilib. Turnirə 26 KİV-i təmsil edən 78 jurnalist qatılıb. Turnirin sonunda I, II, II yerlər tutan qaliblərlə mükafat və diplomlar təqdim olunacaq.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol