• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 3 xəstəliyə qarşı yeni peyvəndlər tətbiq ediləcək

Azərbaycanda 3 xəstəliyə qarşı yeni peyvəndlər tətbiq ediləcək
28.05.2020 21:44
"Azərbaycanda yeni peyvəndlərin tətbiqi ilə bağlı daim iş aparılır”.
 
APA-nın xəbərinə görə, respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, ölkədə gələcəkdə ilk olaraq su çiçəyinə, sonradan isə meningit və rotavirusa qarşı peyvəndlərin tətbiqi nəzərdə tutulub.
 
Onun sözlərinə görə, bu gün bəzi vaksinlər tam təkmilləşməyib: "Gözləyirik ki, su çiçəyinə qarşı tam texnoloji səviyyədə vaksinlər hazırlansın. Digər tərəfdən, su çiçəyinə yoluxma zamanı qaydalara riayət etdikdə onun nəticəsi xoşagələn olur. Peyvəndin fəsadı ola bilər. Biz ümumiyyətlə, heç bir fəsadı olmayan peyvəndi gözləyirik. Peyvəndin, yoxsa xəstəliyin fəsadı daha ağır ola bilər? Biz bunu müqayisə edirik. Hazırda müqayisə mərhələsindəyik. Su çiçəyinə qarşı yeni vaksinlərin istehsal olunması gözlənilir. O zaman Azərbaycanda su çiçəyinə qarşı 12-ci peyvənd tətbiq olunmağa başlanacaq".
 
 
N.Quliyev əlavə edib ki, ümumiyyətlə, insanlar 25-ə yaxın xəstəliyə qarşı peyvənd oluna bilər: "Rotavirus peyvəndi virus diareyalarına qarşıdır. Bu peyvəndin də daha da təkmilləşdirilməsi prosesi gedir. Buna qarşı tətbiq olunan peyvəndlərin bu gün təəssüf ki, bağırsaqda fəsadlarına rast gəlinir. Ona görə də bir qisim ölkələrlə yanaşı, Azərbaycanda da bu xəstəliyə qarşı peyvənd tətbiq edilmir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol