• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaranda televiziya vericisi quraşdırılacaq

Nardaranda televiziya vericisi quraşdırılacaq
02.06.2016 18:06
İsa Məmmədov: Artıq rəqəmli yayıma keçmək üçün bütün işlər görülüb

Azərbaycan ərazisində analoq yayımın rəqəmli yayımla əvəzlənməsi üçün bütün proseslər həyata keçirilib.

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) texniki şöbəsinin müdiri İsa Məmmmədov bildirib.

Onun sözlərinə görə, bu günə kimi rəqəmli yayım üçün 97 televiziya vericisi quraşdırılıb: "Bu vericilər ölkənin demək olar bütün ərazisini əhatə edir. Əhalidən gələn bəzi şikayətlər əsasında daha 25 kiçik vericinin quraşdırılması planlaşdırılır. Nardaran qəsəbəsində bir vericinin quraşdırılması nəzərdə tutulub. Bundan başqa, Lerikdə və digər müxtəlif ərazilərdə televiziya vericilərinin quraşdırılması nəzərdə tutulub. Bunlar əlavə tədbirlər kimi həyata keçiriləcək".

İ.Məmmədov əlavə edib ki, rəqəmli televiziya və radio yayımı tarifləri analoq yayım tariflərindən daha aşağıdır.

Qeyd edək ki, Nazirlər Kabineti "Rəqəmli televiziya və radio yayımı tarifləri”ni təsdiq edib. Qərara əsasən, rəqəmli şəbəkədə 1 Mbit/saniyə üzrə bir televiziya və ya radio proqramının 1 saat yayımı üçün (ƏDV daxil olmaqla) tarif 50 Vt-a qədər, 50 Vt daxil olmaqla, 0,38 manat, 50 Vt-dan 300 Vt-a qədər, 300 Vt daxil olmaqla, 0,65 manat, 300 Vt-dan 1200 Vt-a qədər, 1200 Vt daxil olmaqla, 0,88 manat, 1200 Vt-dan 3000 Vt-a qədər, 3000 Vt daxil olmaqla, 1,06 manat, 3000 Vt-dan yuxarı 1,16 manatdır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol