• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil İdarəsi dərs ilinin uzadılması ilə bağlı əlavə tədbirlər görüb

Təhsil İdarəsi dərs ilinin uzadılması ilə bağlı əlavə tədbirlər görüb
08.06.2016 11:15
2015/2016-cı dərs ilindən etibarən ölkənin ümumtəhsil məktəblərində dərs məşğələlərinin iyunun 14-dək uzadılması ilk dəfə tətbiq olunduğu üçün pedaqoji və şagird kollektivlərinin, eləcə də valideynlərin dərs ilinin yeni müddətinə psixoloji cəhətdən tam uyğunlaşdırılması istiqamətində təsirli təşkilati-pedaqoji tədbirlər həyata keçirilib.

Bu barədə "Report”un sorğusuna cavab Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

İdarədən bildirilib ki, keçən ay üzrə, yəni may ayında idarənin tabeçiliyində olan məktəblərdə şagirdlərin dərsə davamiyyəti yaxşı olub.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti ilə bağlı vəziyyəti öyrənmək məqsədilə monitorinqlər də keçirilir.

İdarədən o da əlavə edilib ki, dərsliklərin şagirdlərdən dərs ilinin sonuncu günündə yığılması nəzərdə tutulub.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, ümumtəhsil məktəblərində dərs ilinin müddətinin uzadılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə müvafiq dəyişikliklər edilib və buna uyğun olaraq, 2015/2016- cı dərs ilindən etibarən ölkənin ümumtəhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatacaq. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol