• $
  • €
  • ₽
  • ₺
  • £

Şahdağ Milli Parkında torpaq sürüşməsi

Şahdağ Milli Parkında torpaq sürüşməsi
28.05.2020 18:11
İyunun 7-də axşam saatlarında Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 13a saylı dolayında, Quba -Xınalıq yolunun təxminən 29-cu kilometrliyində meşə ilə örtülü ərazidə torpaq sürüşməsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az bildirilib ki, nazirliyin mütəxəssisləri hadisə yerində dərhal araşdırmalara başlayıblar. Araşdırmalara görə, sürüşməyə səbəb son günlər bölgəyə yağan intensiv və güclü yağışların olduğu müəyyən edilib.

Mütəxəssislərin ilkin rəyinə əssən, sürüşmə kütləsinin aşağı hissəsinin eni 30-40, yuxarı hissədə 20, sürüşmə səthinin dərinliyi 2-3, uzunluğu isə 150 metr olmaqla Qudyalçayın yatağına doğru istiqamətlənib. 

Sürüşmə nəticəsində diametri 12-28 sm olan müxtəlif cinsli (əsasən vələs və fıstıq) təxminən 60-dək ağac kökündən aşaraq torpaq kütləsinə qarışıb. Hazırda sürüşmə prosesinin dayanmasına baxmayaraq, ətraf hissələrdə torpağın aşınması müşahidə edilir.

Qeyd edək ki, sürüşmə zonası yaşayış məntəqələrindən, iaşə obyektlərindən və avtomobil yolundan kənarda olduğundan insanların həyatı üçün heç bir təhlükə yoxdur. Əraziyə nəzarət olunması məqsədilə nazirlik əməkdaşları növbətçilik rejimində fəaliyyət göstəririlər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol