• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk buraxılış imtahanı keçirilir

Azərbaycanda ilk buraxılış imtahanı keçirilir
16.06.2016 09:00
Bu gün Azərbaycanda ilk buraxılış imtahanı keçirilir.
 
APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları təşkil edib. İmtahanda ümumilikdə 45827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 25530, XI sinif üzrə 20297).
 
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır. İmtahanların idarə olunmasına ümumilikdə 370 imtahan rəhbəri, 4172 nəzarətçi-müəllim ayrılıb.
 
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 74 imtahan mərkəzi ayrılıb. Həmin gün 25530 (Lənkəranda 2119, Astarada 1193, Masallıda 2151, Lerikdə 664, Yardımlıda 710, Cəlilabadda 2373, Biləsuvarda 1414, Şirvanda 1054, Salyanda 1521, Neftçalada 780, Hacıqabulda 760, İmişlidə 1330, Saatlıda 1039, Sabirabadda 2016, Qubada 1977, Şabranda 675, Qusarda 1093, Xaçmazda 1999, Xızıda 166, Siyəzəndə 496)  nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
 
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 74 imtahan mərkəzi ayrılıb. Həmin gün 20297 (Lənkəranda 1872, Astarada 831, Masallıda 1648, Lerikdə 478, Yardımlıda 784, Cəlilabadda 1738, Biləsuvarda 1123, Şirvanda 732, Salyanda 1227, Neftçalada 657, Hacıqabulda 612, İmişlidə 1190, Saatlıda 782, Sabirabadda 1953, Qubada 1272, Şabranda 459, Qusarda 929, Xaçmazda 1576, Xızıda 93, Siyəzəndə 341)  nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı gözlənilir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol