• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizlərə sığorta pulu veriləcək - YENİLİK

İşsizlərə sığorta pulu veriləcək - YENİLİK
16.06.2016 21:14
"İşsizlik sığortası haqqında" qanun layihəsi hökumətə təqdim edilib

İşsizlərə sığorta ödənişi veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "İşsizlik sığortası haqqında" qanun layihəsini hazırlayaraq hökumətə təqdim edib.

Layihə bütün əlaqədar dövlət qurumları ilə razılaşdırılıb. Qanunun parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.

Nazirin sözlərinə görə, layihədə əsas məsələlərdən biri işsizlik siğortasının tarifinin müəyyən edilməsidir. Yeni qanun layihəsinə görə, işsizlikdən sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1%-i qədər olacaq. Bunun 0,5%-ni işçi özü, 0,5%-ni isə işə götürən ödəyəcək ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.

Sığorta ödənişinin məbləği işçinin stajından və işsiz qaldığı dövrdən asılı olacaq. Yəni işçinin stajı böyük olduqca sığorta ödənişi də böyük olacaq, işsiz qaldığı müddət artdıqca isə ödəniş də azalacaq. Siğorta üçün ilk dəfə müraciət edən şəxs ilk iki ayda ona təyin olunan aylıq ödənişi 100% alacaq, sonrakı 2 ayda bu ödəniş 80%-ə, növbəti iki ayda isə 70%-ni alacaq.

İşsiz şəxs bu müddət ərzində iş tapa bilməsə və yenidən sığorta ödənişi üçün müraciət etsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək. Ödənişlərin məbləği getdikcə azalacaq və minimum həddə düşəcək. Minimum hədd isə minimum əmək haqqı həddində olacaq.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol