• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti buraxılış imtahanı keçirilir

Növbəti buraxılış imtahanı keçirilir
21.06.2016 09:00
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi lisey və C. Naxçıvanski adına Hərbi Liseyin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.
 
ANN.Az xəbər verir ki, ümumilikdə 47260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26072, XI sinif üzrə 21188).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 26072 (Naxçıvanda 1038, Kəngərlidə 223, Babəkdə 633, Ordubadda 439, Sədərəkdə 99, Culfada 404, Şərurda 792, Şahbuzda 158, Ağcabədidə 1813,  Ağdamda 672, Zərdabda 601, Bərdədə 2110, Tərtərdə 728, Füzulidə 764, Beyləqanda 1174, Göyçayda 1335, Ucarda 937, Kürdəmirdə 1216, Ağdaşda 1205, Yevlaxda 1317, Ağsuda 743, Abşeronda 3354, Sumqayıtda 4176, Yasamalda 141 )  nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 21188 (Naxçıvanda 922, Kəngərlidə 203, Babəkdə 583, Ordubadda 330, Sədərəkdə 72, Culfada 398, Şərurda 674, Şahbuzda 166, Ağcabədidə 1615,  Ağdamda 445, Zərdabda 468, Bərdədə 1778, Tərtərdə 617, Füzulidə 729, Beyləqanda 942, Göyçayda 1062, Ucarda 681, Kürdəmirdə 985, Ağdaşda 908, Yevlaxda 1156, Ağsuda 528, Abşeronda 2375, Sumqayıtda 3268, Yasamalda 283)  nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. 

İmtahanların idarə olunmasına ümumilikdə 180 imtahan rəhbəri, 2273 nəzarətçi-müəllim ayrılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol