• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Nardaran sakinləri daim dövlətçiliyə sadiq olublar”

İlham Əliyev: “Nardaran sakinləri daim dövlətçiliyə sadiq olublar”
21.06.2016 14:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşündə qəsəbədə və ətraf ərazilərdə yolların yenidən qurulmasından danışıb.

"Report”un xəbərinə görə, dövlət başçısı bundan sonra da Bakı qəsəbələrinin, o cümlədən Nardaranın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin davam etdiriləcəyini deyib, yeni iş yerlərinin açılmasının vacibliyini vurğulayıb.

Nardaran sakinlərinin daim dövlətçiliyə sadiq olduqlarını bildirən dövlət başçısı ölkədə bütün azadlıqların, o cümlədən din azadlıqlarının tam təmin edildiyini vurğulayıb, bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, qəsəbə sakinləri də ölkənin müstəqilliyinin möhkəmləndirilməsi işinə töhfə verirlər.

Nardaran sakini Ağasəid Orucov Prezident İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə, minnətdarlığını bildirib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol