• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva rusiyalı tələbələrlə görüşdü - FOTOLAR

Leyla Əliyeva rusiyalı tələbələrlə görüşdü - FOTOLAR
09.07.2016 14:41
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda səfərdə olan rusiyalı tələbələrlə görüşüb.

Fonddan Trend-ə verilən məlumata görə, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) və Rusiyanın Milli Tədqiqat Universiteti "Ali İqtisad Məktəbi”nin tələbələri ilə görüşdə bir sıra layihə və təkliflər müzakirə olunub.

Rusiyalı tələbələr səfərləri barədə təəssüratlarını bölüşərək Bakıda olduqları müddətdə paytaxtımızla geniş tanışlıq imkanı yarandığını bildiriblər. Tələbələr buradakı qonaqpərvərlik və Bakının gözəlliyinə heyran olduqlarını deyiblər.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, ölkə daxilində və Azərbaycandan kənarda həyata keçirilən layihələr, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı görülən işlər barədə danışıb. Bildirib ki, Fondun sosial-humanitar sahələrdəki fəaliyyəti cəmiyyətdə vacib rol oynayır.

Rusiyalı qonaqlar Leyla Əliyevanın Moskva Dövlər Universiteti və Möskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ekologiya, sosial mövzularda mühazirə ilə çıxış etməsi təklifini irəli sürüblər. Eyni zamanda MDBMİ-nun nəzdindəki "Negotiation Glub” çərçivəsində beynəlxalq turnirin keçirilməsi məsələsi müzakirə olunub.
 




 



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol