• $
  • €
  • ₽
  • ₺
  • £

Tarix İnstitutunda islahatlar getdikcə dərinləşir

Tarix İnstitutunda islahatlar getdikcə dərinləşir
15.07.2016 10:02
İyulun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
 
Tarix İnstitutunun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Elmi Şuranın iclasında Azərbaycan tarix elminin gələcək perspektivləri müzakirə olunub.

İnstitutda Azərbaycan tarixinin müxtəlif dövrlərini və Beynəlxalq münasibətlər tarixini araşdıracaq yeni şöbə və bölmələrlə yanaşı, AMEA-nın Rəyasət Heyətinin qərarı əsasında yaradılan, ümumdünya tarixini araşdıracaq yeni bölmələr fəaliyyət göstərəcək.

Tarix İnstitutunda yeni şöbələr – "Azərbaycan xalqına qarşı soyqırımları tarixi”, "Azərbaycanın sovet dövrü tarixi”, "Azərbaycan Respublikasının tarixi”, "Mənbəşünaslıq və tarixşünaslıq”, "Azərbaycanın sənətkarlıq tarixi”, "Azərbaycan mədəniyyəti tarixi”, "Beynəlxalq münasibətlər tarixi”, "Azərbaycan - Rusiya əlaqələri tarixi”, "İctimaiyyətlə əlaqələr” şöbələri və yeni elmi bölmələr – "Azərbaycan Atropatena tarixi”, "Azərbaycanın erkən orta əsrlər tarixi (III – XI əsrlər)”,  "Azərbaycanın XII – XVIII əsrin 30-cu illəri tarixi”, "Beynəlxalq münasibətlər tarixi”, "Azərbaycanın xarici siyasəti tarixi”, "Amerika ölkələrinin tarixi”, "Avropa ölkələrinin tarixi” bölmələri yaradılıb.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, Azərbaycanın dövlətçilik tarixi, xüsusən müstəqillik dövrünün araşdırılması ilə bağlı tədqiqatlar daha da genişləndiriləcək, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki mühüm xidmətlərinə həsr olunmuş əsərlər yazılacaq.

Y.Mahmudov qeyd edib ki, gələn il yeni üçcildlik "Azərbaycan tarixi” kitabının nəşrinə başlanacaq.

Elmi Şurada bildirilib ki, Həsən bəy Rumlunun "Əhsən ət-təvarix” əsərinin I cildi Azərbaycan dilinə tərcümə olunub və çapa hazırlanır. Tərcüməçi isə tarix üzrə elmlər doktoru, professor Şahin Fazildir.

İnstitut direktoru qeyd edib ki, Nadir şah Əfşarı Azərbaycan xalqına olduğu kimi təqdim etmək lazımdır: "Nadir şah yeni dövlət qurmayıb, o, sadəcə Səfəvilərdən sonra Əfşarlar sülaləsinin əsasını qoyub. Azərbaycan tarixində dini barışığa cəhd edən görkəmli şəxsiyyətlərimiz olub: Uzun Həsən, Gödək Əhməd, II İsmayıl, Nadir şah Əfşar və b”.

İclasın sonunda Yaqub Mahmudov tərəfindən Tarix İnstitutunun yeni strukturu elan olunub və Elmi Şura üzvləri tərəfindən isə yekdilliklə təsdiq olunub.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol