İlham Əliyev Təzəpir məscidinə 5 milyon manat ayırdı
![İlham Əliyev Təzəpir məscidinə 5 milyon manat ayırdı İlham Əliyev Təzəpir məscidinə 5 milyon manat ayırdı](https://anews.az/photo/850x500/2016-08/1470414818_prezident.jpg)
Azərbaycan prezidenti İlham Əliyev Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işlərinin həyata keçirilməsi üçün "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
www.ann.az