• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi dənizçilərimiz uğur qazanıb

Hərbi dənizçilərimiz uğur qazanıb
11.08.2016 10:32
Azərbaycan hərbi dənizçilərinin iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları – 2016” yarışları çərçivəsində keçirilən "Xəzər kuboku – 2016” müsabiqəsi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, birinci mərhələdə poliqona girməklə hava hədəfinin artilleriya atəşi ilə məhv edilməsi zamanı hərbi dənizçilərimiz G-124 gözətçi gəmisindən təyyarədən atılmış yanan bombaya atəş açaraq hədəfi məhv edib.

Bu uğurlu atəş 40 bal sistemi ilə qiymətləndirilib və dənizçilərimiz birinci mərhələdə 1-ci yerə layiq görülüb.

İkinci mərhələdə dəniz hədəfinin artilleriya qurğusundan məhv edilməsi zamanı 4300 metr məsafədən atəş açan dənizçi heyətimiz epizoda görə 20 bal toplayaraq 2-ci yeri tutub.

Üçüncü mərhələdə hərəkətdə ikən üzən mina hədəfinin artilleriya atəşi ilə məhv edilməsi planlaşdırılıb. G-124 gəmisi poliqona daxil olmaqla 280 metr məsafədən minanı məhv edərək 40 bal toplayıb və 2-ci yeri qazanıb.

Ümumilikdə poliqonda keçirilən silah atışlarının hər 3 mərhələsinin nəticələrinə görə Azərbaycan hərbi dənizçilərinə məxsus G-124 gözətçi gəmisi ən çox bal toplayaraq 1-ci yerə layiq görülüb.

Sonra mini futbol üzrə yarışlar keçirilib. G-124 gəmisinin heyəti Rusiyaya məxsus "Uqliç” gəmisinin heyətinə 3:6 hesabı ilə məğlub olmasına baxmayaraq Qazaxıstana məxsus "Oral” gəmisinin heyətinə 7:2 hesabı ilə qalib gəlib və nəticə etibarı ilə 2-ci yeri tutub.

Hərbi idaman oyunları çərçivəsində dəniz hazırlığı üzrə yarışların son mərhələsinin şərtlərinə əsasən hərbi gəmilər dəniz poliqonunda lövbərə durmalı, çəlləyə bağlanaraq təyin olunmuş kursda dayanmaqla tapşırığı yerinə yetirməli idi. Mərhələnin nəticələrinə görə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-124 gəmisi bütün şərtlərə əməl edərək ən yüksək göstərici olan 40 balla 1-ci yerə çıxıb.

"Xəzər kuboku – 2016” müsabiqəsində ümumi nəticələrin bal hesabına uyğun olaraq komandamız 2-ci yeri tutub və dənizçilərin yarışı başa çatıb.

Avqustun 13-də "Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarına yekun vurulacaq və qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol