Ayaz Mütəllibovun axtarışda olan mətbuat katibi həbs edildi

Sabiq prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi işləmiş Teylor İbrahimov (Fətişoğlu) həbs edilib.
Bu barədə Trend-ə Ağdam rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, T.İbrahimov avqustun 9-da Ağdamda həbs edilib. O, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakının Nərimanov rayon Polis İdarəsinə təhvil verilib.
T.İbrahimov dələduzluqda ittiham olunaraq axtarışa verilibmiş. Onun barəsində CM-nin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























