Qərib Məmmədov AMEA-da aşağı vəzifəyə keçirilib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aşağı vəzifəyə keçirilib.
"Report”un əldə etdiyi məlumata görə, indiyədək AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik katibi vəzifəsində çalışan Q.Məmmədov AMEA-nın aqrar məsələlər üzrə müşaviri vəzifəsinə təyin olunub.
Belə ki, AMEA-nın Aqrar Elmlər Bölməsi Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilib. Bölmənin akademik katibi vəzifəsinə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanov təyin olunub. Q.Məmmədova isə müşavir vəzifəsi verilib.
AMEA-dan "Report”a fakt təsdiqlənib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















