• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın qədim mağarasında yeni arxeoloji nümunələr aşkarlanıb

Azərbaycanın qədim mağarasında yeni arxeoloji nümunələr aşkarlanıb
26.08.2016 13:21
Azərbaycanın qədim Damcılı mağarasında yeni arxeoloji nümunələr aşkarlanıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, 2015-ci ildə institut, Mədəniyyət və Turizm Nazirliyinin Aveydağ qoruğu və Tokio Universiteti arasında imzalanan memoranduma əsasən, 2016-cı ildən etibarən Qazax rayonu Daşsalahlı kəndi ərazisində - Avey dağı ətəyindəki Damcılı mağarasında daş dövrünün müxtəlif mərhələlərinə aid layların tədqiqi planlaşdırılmışdı. Memorandumun müddəalarına uyğun olaraq, cari ilin avqust ayının 8-dən 24-nə kimi göstərilən ərazidə Azərbaycan-Yaponiya birgə beynəlxalq ekspedisiyası tədqiqatlar aparıb.

Ekspedisiyanın tərkibində Tokio Universitetinin professoru, Daş Dövrü arxeologiyası departamentinin rəhbəri, doktor Yoşihiro Nişiakinin rəhbərliyi ilə yaponiyalı mütəxəssislər (topoqraf, paleobioloq, paleobotanik və digərləri) və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları fəaliyyət göstəriblər.

İlkin tədqiqatlar çərçivəsində qazılmış 12 kəşfiyyat şurfunun bir neçəsində mühüm nəticələr əldə olunub. Qazıntı nəticəsində şurflarda müəyyən edilmiş üst təbəqələrdən orta əsrlərə aid keramika nümunələri və ox ucluqları, alt təbəqələrdən erkən neolit dövrünə aid alətlər aşkar edilib. Neolit təbəqəsindən daha aşağıya doğru, təxminən 50 sm qalınlıqda olan lal təbəqənin altında, 3,5 metr dərinlikdəki təbəqədən Orta Paleolit dövrünə aid alətlər aşkar olunub. Təbəqələrdən əldə olunmuş fauna və kömür qalıqları mütləq tarixi yaşın müəyyən olunması üçün Tokio Unversitetinə göndəriləcək. Tədqiqatların növbəti ildə davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, hələ 1953-cü ildə respublikamızın ərazisində arxeoloqlar M.M.Hüseynov və S.N.Zamyatinin iştirakı ilə Mərəzə, Qazax və Ağstafada arxeoloji kəşfiyyat işləri aparılıb və bu araşdırmalarda Damcılı mağarası qeydə alınıb. Bununla da ölkəmizdə paleolit dövrünün öyrənilməsinin əsası qoyulub. Qeyd etmək lazımdır ki, 8-i mağarada olmaqla, dövrümüzədək 30-dan artıq paleolit abidəsi aşkar olunub.

1956-1957-ci illərdə Damcılı mağarasında arxeoloji qazıntılar M.M.Hüseynovun rəhbərliyi ilə davam etdirilib, mədəni təbəqədən üst və orta paleolit, mezolit, neolit dövrlərinə aid 7 mindən artıq alət və tullantılar, eləcə də fauna qalıqları tapılıb. Amma o zaman aşkar edilmiş mədəni təbəqənin qarışıq olması dövrlərin keçid mərhələlərini və mütləq yaşını müəyyənləşdirməyə imkan verməyib.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol