• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Slavyan Universitetində ixtisarlar gözlənilir

Bakı Slavyan Universitetində ixtisarlar gözlənilir
26.08.2016 14:08
"Yeni kadr islahatları aparmağı planlaşdırırıq”.

Oxu.Az xəbər verir ki, bunu Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Virtualaz.org-a müsahibəsində deyib.

Onun sözlərinə görə, universitetin strukturunda dəyişiklik edəcəyik: 

"Görünür, əvvəlki illərdə tələbələrin sayı çox olub. Bu gün isə tələbələrin sayı azalıb. Hazırda universitetdə 3 min tələbə təhsil alır. Tələbələrin sayı azalsa da, işçilərin sayı olduğu kimi qalır. Buna görə də işçilərin sayında ixtisarlar olacaq. Hazırda universitetdə 26 kafedra fəaliyyət göstərir.

Hansı kafedraların arasında fəaliyyət sahəsinə görə uyğunluq varsa, onlar birləşdiriləcək. Hər bir kafedranın deyilən dərslərə uyğun ədəbiyyatı, kitabxanası olmalıdır. Universitetin qiraət zalının tamamilə müasirləşdirilməsinə çalışacağıq. Öz üzərində işləmək istəyən tələbənin masasının üstündə heç olmasa, noutbuku olmalıdır”.

Rektor bildirib ki, universitetdə müəllim-tələbə nisbəti uyğunsuz yaranıb: 

"3 min tələbə var, 644 müəllim-professor heyəti fəaliyyət göstərir. Müəllimlərin 315 nəfərinin elmi adı yoxdur, 295 nəfər 0,5 ştatla, 62 nəfər isə 0,25 ştatla işləyir. Kənar təşkilatlardan 54 nəfər əvəzçiliklə fəaliyyət göstərir. Belə olduqda kimlərinsə ixtisar olunması labüddür. Qaldı kollecdən universitetə kadrların gətirilməsinə, oradan cəmi bir nəfər-təsərrüfat işçisi dəvət etmişəm”.

Nurlana Əliyeva deyib ki, ötən il universitetə tələbə qəbul planı kəsirdə qalıb. 

"Bu isə ürəkaçan hal deyil. Tələbələrin qəbulu normal dərs yükü deməkdir, hamının bütöv bir ştatla işləməsi deməkdir. Bu il tələbə qəbul planımız 88 faizlə yerinə yetirilmişdir. Deyilənə görə, son 12 ildə universitetə tələbə qəbulu bu səviyyədə olmayıb. Bu il peşəyönümünü daha da gücləndirmək niyyətindəyik.

İmtahanların təşkilində yeni qaydalar tətbiq olunacaq, tədris sənədləri yenilənəcək, tyutorlar institutu yaradılacaq. Bu ildən ödəniş əsasında qəbul edilən tələbələrlə müvafiq müqavilə bağlanacaq”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol