• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi
31.08.2016 13:50
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib.

İdarənin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, müraciət yol hərəkəti təhlükəsizliyi baxımından sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası ilə əlaqədardır.

O qeyd edib ki, tədbirlə bağlı Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimindən sonra "Baku Crystal Hall”da davam edəcək yarışın iştirakçılarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın mərkəzində yerləşən hotellərdən yarışın keçiriləcəyi arena istiqamətində onların yol polisi tərəfindən müşayiəti təmin olunacaq: 

"Bununla əlaqədar olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə, avtomobil sahiblərinə və əhaliyə müraciət edərək bildirir ki, yarışın əhəmiyyətini nəzərə alaraq mərkəzi küçələrdə, xüsusilə hotellərin yerləşdiyi ərazilərdə, eləcə də həmin ərazilərə bitişik küçə, prospekt və yollarda şəxsi avtomobillərdən az istifadə etsinlər.

Söhbət məhdudiyyətdən getmir, sadəcə sürücülərə çağırış edirik ki, tədbir zamanı bu ərazilərdən az istifadə etsinlər, tədbiri nəzərə alsınlar. Sürücülər əsasən paytaxtın Azadlıq, Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza, Üzeyir Hacıbəyli küçələrində, "Azneft dairəsi”, Azadlıq meydanı, Bayraq Meydanı istiqamətlərində və həmin ərazilərə paralel, bitişik küçələrdə diqqətli olsunlar. Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində yerləşən hotellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur. Sürücülərdən, paytaxt sakinlərindən xahişimiz odur ki, həmin ərəfədə bunu nəzərə alsınlar”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol