• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkirdə toyda kütləvi dava düşdü, yaralananlar var

Şəmkirdə toyda kütləvi dava düşdü, yaralananlar var
31.08.2016 21:10
Şəmkirin Keçili kəndində döyülmə hadisəsi baş verib.

ANN.Az Region TV-yə istinadən xəbər verir ki, kənd sakini, 57 yaşlı Əliqazax Süleymanov müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaralıya dərhal yardım göstərildikdən sonra palataya yerləşdirilib. Həkimlər Əliqazax Süleymanovun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Anar Qasımov – həkim: "Şöbəmizə Süleymanov Əliqazax sol altıncı qabırğanın sınığı diaqnozu ilə müraciət edib. Xəstəyə yardım göstərilib, hazırda stasionar müalicədədir. Söyləməsinə görə, döyülərək xəsarət alıb”.

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, Əliqazax Süleymanovu qonşuları Qabil Qasımov və oğlu Böyükkişi Qasımov döyüb. Belə ki, qonşular birlikdə toyda yeyib-içdikdən sonra evlərinin qarşısında zarafat ediblər. Bundan sonra isə qonşular arasında mübahisə yaranıb və bir-birlərinə xəsarət yetiriblər.

Faktla bağlı araşdırma aparılır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol