• $
  • €
  • ₽
  • ₺
  • £

"Avto FM radiosu yayımını başqa ad altında davam etdirəcək" - YENİLƏNİB

"Avto FM radiosu yayımını başqa ad altında davam etdirəcək" - YENİLƏNİB
01.09.2016 10:13
Azərbaycanda 107.7 FM tezliyində fəaliyyət göstərən "Avto FM” radiosu yayımını dayandırıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report”a məlumat təsdiqlənib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova "Report”a açıqlamasında Avto FM-in yayımının dayandırılması məsələsini şərh edib. O bildirib ki, sentyabrın 1-də "Avto FM” MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: "Sadəcə "Avto FM” MMC ilə müqaviləyə xitam verilib. Ancaq işçilər işdən azad edilməyib. Eyni heyət yenə də öz işini davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeçiliyindədir”.

N.Allahyarova deyib ki, radio bundan sonra Bakı Nəqliyyat Agentliyinin nəzarəti altında yayımını davam etdirəcək: "Sadəcə radionun adında dəyişiklik olacaq”.

Qeyd edək ki, 2013-cü ildə fəaliyyətə başlayan Avto FM 107.7. MHz tezliyində yayımlanırdı.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-cü il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdi.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol