• $
  • €
  • ₽
  • ₺
  • £

Yanacaqdoldurma məntəqələrində təhlükədə olan sərnişinlər

Yanacaqdoldurma məntəqələrində təhlükədə olan sərnişinlər
08.09.2016 09:55

İctimai nəqliyyatında tez-tez rast gəlinən və sərnişinlərin şikayət etdiyi problemlərdən biri də avtobusların sərnişinlərlə birgə yanacaqdoldurma məntəqələrinə daxil olmasıdır.

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, istər şəhər daxili, istərsə də şəhərlərarası avtobusların sərnişinlərlə birgə yanacaq doldurma məntəqəsinə daxil olub yanacaq doldurması qəti qadağandır.

Onun sözlərinə görə, yol hərəkəti qaydaları, ümumiyyətlə təhlükəsizlik qaydaları bunu birmənalı şəkildə qadağan edir: "Avtobus məntəqədə olduğu zaman sərnişinlər təhlükədə olurlar. Birincisi, sərnişin özü texniki-təhlükəsizlik qaydalarını pozub yanğına səbəb ola bilər. İkinci təhlükə isə odur ki, orada hər hansı fövqəladə hadisə baş verərsə, sərnişinləri xilas etmək daha çətin olacaq. Ona görə də qanun avtobusların sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olmasını qadağan edir. Bu qadağanın pozulmasına görə məsuliyyət var. İnzibati Xətalar Məcəlləsinə əsasən, bu pozuntuya yol verən sürücü 60 manat məbləğində cərimə olunur və ona 3 cərimə balı yazılır”.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, avtobusların sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olması yolverilməzdir.

O qeyd edib ki, burada əsasən sürücü, eyni zamanda yanacaqdoldurma məntəqəsinin rəhbərliyi məsuliyyət daşıyır: "Yanacaqdoldurma məntəqələrinin rəhbərlikləri diqqət yetirməlidirlər ki, sərnişin daşıyan avtobuslar yanacaqdoldurma məntəqəsinə sərnişinlərlə daxil olmasınlar. Çünki həmin vaxt məntəqədə hadisə baş verərsə, sözsüz ki, yanacaqdoldurma məntəqəsinin vəzifəli şəxsləri də məsuliyyətdən kənarda qalmayacaq”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol