• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir İƏT-in baş katibi ilə görüşüb

Nazir İƏT-in baş katibi ilə görüşüb
13.09.2016 16:55
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinədn AzVision.az-a verilən məlumata görə, görüşdə İƏT ilə Azərbaycan arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə edilib.

İyad bin Amin Mədəni Azərbaycanda yenidən səfərdə olmasından məmnunluğunu ifadə edərək səfərinin əsas məqsədinin İslam Həmrəylik Oyunlarının hazırlığı ilə tanış olmaq və Azərbaycanla əməkdaşlıq imkanlarının yenidən müzakirə etmək olduğunu qeyd edib. 

Nazir Ə.Qarayev İslam Həmrəylik Oyunlarının hazırlığının bilavasitə ölkə rəhbərliyinin diqqətində olduğunu və bütün aiddiyyəti təşkilatların bu işdə lazımı dəstək göstərdiyini bildirərək, nazirliyin də həmrəylik oyunları dövründə maraqlı mədəni tədbirlərin təşkil ediləcəyini diqqətə çatdırıb.

Nazir görüşdə cari ilin aprel ayında keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Formunun nəticələri və 2017-ci ilin aprelində keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə qonağa məlumat verib.

Görüşdə həmçinin İƏT institutları ilə əməkdaşlıq və "Naxçıvan İslam Mədəniyyəti paytaxtı-2018" hazırlığı ilə bağlı da fikir mübadiləsi aparılıb.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol