• $
  • €
  • ₽
  • ₺
  • £

Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərgisi təşkil olunacaq

Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərgisi təşkil olunacaq
14.09.2016 21:52
Cari ilin 15 sentyabr tarixində, saat 17:00-da Azərbaycan Xalça Muzeyində "Bərpa olunmuş eksponatlar” adlı sərginin açılış mərasimi keçiriləcək.
 
Azərbaycan Xalça Muzeyi və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşlarının böyük zəhməti nəticəsində muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatının üzərində zəruri işlər həyata keçirilmişdir. "Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd onların bərpa və konservasiya etdikləri sənət incilərini nümayiş etdirmək və milli sərvətimiz olan bu eksponatların daima nəzarətdə olduğunu və qorunduğunu göstərməkdir.

Sərgidə 49 ədəd eksponat nümayiş olunacaq. Bunlar xovsuz xalça, xovlu xalça, xalça məmulatı, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir. Bu eksponatlar öz materialına və tarixinə görə fərqlənən, muzeyin kolleksiyasına məxsus ən füsunkar sənət inciləridir.

"Bərpa olunmuş eksponatlar” sərgisi eksponatların təqdimatı ilə kifayətlənmir. Belə ki, sərgi zamanı eksponatların konservasiya prossesini canlı izləyə bilmək üçün muzeyin bərpaçıları tərəfindən açıq ustad dərsləri keçiriləcək. Sərginin ziyarətçilərinə təqdim olunacaq video-çarx və slayd-şou vasitəsilə onlar bərpa sirləri və bərpaçıların bacarıqları barədə daha çox məlumat almaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, sərgi 15.09.2016 tarixindən 29.09.2016 tarixinədək şəhərimizin sakinlərinə və qonaqlarına açıq elan olunur.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol