• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir həkim səhvi - VİDEO

Azərbaycanda daha bir həkim səhvi - VİDEO
16.09.2016 15:18
Əməliyyatdan sonra ağrılar hiss edən qadının uşaqlıq nahiyəsindən bint çıxarılıb. 

Mingəçevir şəhər sakini Südabə Əbdiləzimova 2015-ci ildə Tovuz Rayon Mərkəzi Xəstəxanasında uşaqlıq nahiyəsindən əməliyyat olunub. 

EL TV (Region TV) xəbər verir ki, o, bu əməliyyatdan sonra da həmin nahiyədə ağrılar hiss edib. Müayinə zamanı orada bint bükümünün qaldığı aşkarlanıb. Buna görə də, Südabə Əbdiləzimova yenidən əməliyyat keçirməli olub. 

"Həkim ikinci dəfə də əməliyyatdan sonra səhvə yol verdiyini etiraf edib", - deyə əməliyyat olunan şəxs Südabə Əbdiləzimova bildirib. 

İndi respublikada, xüsusilə də bölgələrdə bu kimi hallara çox rast gəlinsə də, Səhiyyə Nazirliyi tərəfindən bu ilin aprel ayının 1-dən vətəndaşların xəstəxanalara qəbul qaydaları dəyişdirilib. Təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyac duyanlar istisna olmaqla, bölgələrdən Bakıdakı böyük və kliniki xəstəxanalara gedən xəstələr göndəriş əsasında qəbul edilirlər. 

Nazirlik buna əsas olaraq göstərir ki, son 10 ildə regionlarda və paytaxtda 600 tibb müəssisəsi tikilərək əsaslı təmir edilib, yüksək tibbi avadanlıqlarla təhciz olunub. Regionlarda da müalicə işləri geniş səviyyədə həyata keçirilir. 

Mütəxəssislər isə hesab edirlər ki, vətəndaşların paytaxtdakı xəstəxanalar tərəfindən göndəriş əsasında qəbul olunması normal haldır. Amma bölgələrdə yeni xəstəxanaların tikilməsinə, müasir avadanlıqların gətirilməsinə baxmayaraq, peşəkar kadr azlığı və həkimlər tərəfindən düzgün diaqnozun qoyulması ilə bağlı ciddi problemlər var. Bu da bir sıra hallarda xəstələrin əlil olmasına, əmək qabiliyyətini itirməsinə, hətta dünayalarını dəyişməsinə səbəb olur. 

"Həkimlər məsuliyyətsizlik edirlər. Müşahidələr onu göstərir ki, xəstə müraciət edərkən həkim diaqnozu dəqiqləşdirmədən müalicəyə başlayır. Xəstənin vəziyyəti ağırlaşanda isə: "Mənim əlimdən heç bir şey gəlmir, özünü Bakıya çatdır", - deyir. Bu, yolverilməz hal sayılır", - deyə  mütəxəssis Soltan Rəhimov vurğulayıb. 

Mütəxəssislər onu da deyirlər ki, bəzi həkimlərin səhlənkarlığı və ya savadsızlığı səbəbindən insanların həyatları təhlükə altında qalsa da, onlara, demək olar ki, cəza verilmir. Bu da belə halların tez-tez baş verməsinə səbəb olur. 

Bölgələrdən paytaxta gedən xəstələrin yalnız göndəriş əsasında qəbul olunması isə belə insanların vəziyyətini daha da ağırlaşdıra bilər. Onların İran, Gürcüstan və digər ölkələrə axınını sürətləndirər. 



Azərbaycanda daha bir həkim biabırçılığı by azcanall
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol