• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir rəisi işdən çıxartdı

Nazir rəisi işdən çıxartdı
16.09.2016 16:10
Cari il sentyabr ayının 14-də Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyəti ilə dair daxil olmuş şikayətlərlə əlaqədar kollegiya iclası keçirilib.
 
APA-nın məlumatına görə, kollegiya iclasını giriş sözü ilə açan kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd edib ki, Qurban bayramı ərəfəsində və bayram günlərində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində işləyib, ət kəsimi məntəqələrində baytarlıq–sanitariya tələblərinə ciddi əməl olunmasına nəzarət  artırılıb, əhalinin ucuz və keyfiyyətli qurbanlıq heyvanları ala bilmələri üçün lazımi işlər görülüb.
 
Bununla belə Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində baytarlıq nəzarəti zəif təşkil olunub.  Qeyd  edilib ki, nazirliyə Sumqayıt şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar daxil olub. Həmçinin  baytarlıq xidmətlərinin göstərilməsinə görə xidmət haqqının qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtlı-vaxtında mədaxil edilməsində nöqsanlara yol verilir.
 
Ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə  və tabeliyindəki işçilərin işdə yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmədiyinə görə Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisinin vəzifəsini icra etməsi məqsədəuyğun sayılmayıb.
 
Müddəti başa çatdığı nəzərə alınaraq kollegiyanın qərarına əsasən Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
 
İdarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib.
 
İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin 2 saylı Baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad edilib, həmin  Laboratoriyanın laborantı Sədulla Qurbanova isə şiddətli töhmət elan olunub.
 
Kollegiya iclasında Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materialların Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə müvafiq qərar qəbul edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol