• $
  • €
  • ₽
  • ₺
  • £

Göyçayda toyda 22 nəfər zəhərləndi

Göyçayda toyda 22 nəfər zəhərləndi
20.09.2016 23:59
Ötən gün Göyçayda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib ki, kütləvi qida zəhərlənməsi faktı rayonun Qaraməryəm kəndində keçirilən "palatka” toyunda qeydə alınıb.

İ.Abdullayev bildirib ki, hadisə zamanı 12-si uşaq olmaqla, ümumilikdə 22 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib: 

"Onlardan 16 nəfəri Qaraməryəm kənd xəstəxanasına, 6 uşaq isə Göyçay rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib. Xəstələrə tibbi yardım edildikdən sonra hamısı evə buraxılıb”.

İ.Abdullayev qeyd edib ki, toy mərasimində istifadə olunan qida qalıqlarından götürülmüş nümunələr laboratoriya müayinəsi üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib: 

"Zəhərlənmənin dəqiq səbəbi laboratoriya nəticələri bəlli olduqdan sonra dəqiqləşəcək, amma ilkin ehtimala görə, bu toyda da zəhərlənmə qida çirklənməsinə görə baş verib”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol