• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işləyən qadın olmağın 7 çətinliyi - SİYAHI

Azərbaycanda işləyən qadın olmağın 7 çətinliyi - SİYAHI
21.09.2016 12:43

Kulis.az işləyən qadınların yeddi xüsusiyyətini təqdim edir.

 

Hər şeydən qabaq elə bu sözdən başlayaq: "İşləyən qadın!” İşləyən kişi sözünü eşitmisiz? "Kişi işləyər də”. Qadına seksist münasibət əslində elə bu ifadə ilə başlayır. Halbuki qadın həmişə işləyir. Maaş alsa da, almasa da… Lakin cəmiyyətin gözündə o ancaq maaş alanda "işləyən qadın” sayılır. Uşaqlara evə, kişiyə baxmaq isə iş sayılmır.

 

 

İşləyən qadın qürurludur, özünəinamı var. Onun başını aldatmaq, nəyəsə məcbur etmək mümkünsüz olmasa da çətindir. O bu mənada bütün günü ev işləri ilə məşğul olan həmcinslərindən çox güclüdür. Buna görə də orta statistik kişilər işləyən qadınları sevməzlər. Ümumiyyətlə, qadını işləməyə qoymazlar. Əzik kişilər müəyyən edən parametrlərdən biri də budur.

 

 

İşləyən qadının hər dəqiqəsi qiymətlidir. İşdən evə gəlmək, uşaqların dərsi, evin səliqəsi, səhər üçün yemək hazırlamaq, kişinin "plovuna yağ gətirmək…”. Və bu qədər işin içində özünə diqqət eləmək, gözəl görünmək üçün zaman ayırmaq çox çətindir. Amma di gəl ki, bütün işləyən qadınlar bunu edə bilirlər. Və iddia edirik: Bu qədər zamanda bu qədər işi görməyi heç bir kişi bacarmaz. Uşaqların dərsiylə məşğul olsa yemək qalacaq, yemək hazırlansa ev tör-töküntü olacaq.

 

 

İşləyən qadının çətinlikləri təkcə evlə bağlı deyil. Həm də işlə bağlıdır. Misal üçün, onun maaşı adətən eyni işi görən kişi həmkarlarından azdır. Üstəlik, qadının vəzifədə irəli çəkilməsi kişilərə nisbətən daha gec baş verir. Hə, bir gün ədalət zəfər çalıb qadın normal bir vəzifəyə təyin olunsa belə bunun arxasında min şey axtararlar.

 

 

Hamı işdə səhv edə bilər. Qadın da, kişi də. Lakin kişinin səhvi onun tənbəlliyinə, səhlənkarlığına bağlıdırsa qadının səhvinin isə bircə səbəbi var: Onun qadın olması. "Qadındı da…”. Bu seksist münasibət bizdə az qala həyati normadır.

 

 

İşləyən qadının hamiləliyi belə şirkət strategiyası ilə uyğunlaşmalıdır. Bir anlıq özünüzü onun yerinə qoyun və düşünün. Hamilə qalmaq istəyirsiniz, bunu hamı bilməlidir, müzakirə edilib təsdiq olunmalıdır.

 

 

İşləyən qadın hər gün gözəl, baxımlı olmalıdır. Amma onun bunun üçün zamanı da çox azdır. Buna görə də hər cür praktik həll yollarını çox gözəl bilirlər. Ən qısa müddətə makyajdan tutmuş, az paltarla çox kombinasiya yaratmağa qədər.

 

 

BONUS: İŞLƏYƏN QADINLAR SEVGİYƏ HAMIDAN ÇOX LAYİQDİRLƏR!  


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol