• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili işlər orqanlarında kadr dəyişikliyi

Daxili işlər orqanlarında kadr dəyişikliyi
21.09.2016 14:17
Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

"Report”un Qarabağ bürosu xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunduqdan sonra bir neçə nəfər tutduğu vəzifədən azad edilib. 

Məlumata görə, RPŞ-nin Cinayət axtarış bölməsinin rəisi Məhərrəm Məmmədov, əməliyyat müvəkkilləri Ruslan Əhmədov, Rəşad Məmmədov, Vahid Fənifəyev, Rövşən Məmmədov, Amil Şərifov, Oktay Məmmədov və sahə müvəkili Yaqub Ağayev işdən çıxarılıblar. Belə ki, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Vahid Fənifəyev, Oktay Məmmədov, Rövşən Məmmədov və sahə müvəkili Yaqub Ağayev yaş həddinə görə təqaüdə göndərilib.
 
Ruslan Əhmədov və Rəşad Məmmədov isə sərəncama götürülüb. Bölmənin rəisi Məhərrəm Məmmədov Ağcabədi Rayon Polis Şöbəsinə, əməliyyat müvəkkili Amil Şərifov isə Əlibayramlı Polis Şöbəsinə göndərilib. 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinə İlqar Məmmədov rəis təyin olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol