• $
  • €
  • ₽
  • ₺
  • £

Avstriyanın nümayəndə heyəti ADU-da oldu

Avstriyanın nümayəndə heyəti ADU-da oldu
22.09.2016 19:49
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov bu günlərdə Azərbaycanda səfərdə olan Avstriya Respublikasının Federal Avropa, İnteqrasiya və Xarici işlər nazirinin müavini Mixael Linhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qonaqları salamlayan professor Dünyamin Yunusov onları ADU-da görməkdən şad olduğunu dilə gətirdi. O, ali təhsil müəssisəsinin yaranma tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında qonaqlara məlumat verdi. Dillər Universitetində 22 dilin tədris edilməsi ilə yanaşı burada 17 dil və mədəniyyət mərkəzinin mövcud olduğunu söyləyən professor, ali təhsil ocağında, həmçinin Avstriya Kitabxanası və Avstriya Akademik Mübadilə Xidmətinin (OeAD) də fəaliyyət göstərdiyini sözlərinə əlavə etdi. ADU-da Avstriya kitabxanası açıldığı ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən Avstriya Səfirliyi tərəfindən böyük dəstək aldığını deyən professor D.Yunusov hər il kitabxana fondunun Avstriya Xarici İşlər Nazirliyi tərəfindən yeni kitablarla genişləndiyini vurğuladı. Professor Dünyamin Yunusov universitetin Avstriyanın səfirliyi ilə sıx əməkdaşlıq etdiyini dedi və bu əlaqələrin davam edəcəyinə ümidvar olduğunu söylədi. 

Səmimi qəbula görə təşəkkür edən Avstriya Respublikasının Federal Avropa, İnteqrasiya və Xarici işlər nazirinin müavini Mixael Linhart ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi. O, bu görüşün ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə etdi və təhsil sahəsində olan əməkdaşlığın önəmli faktor olduğunu vurğuladı. M.Linhart universitetdə Avstriya kitabxanasının fəaliyyətini yüksək qiymətləndirdi. O, Avstriya kitabxanasının və Avstriya Akademik Mübadilə Xidmətinin (OeAD) Bakıdakı İnformasiya Mərkəzinin  ADU-da fəaliyyət göstərməsinin əlaqələrin genişlənməsi üçün bir təkan olduğunu bildirdi. Avstriya kitabxanasının Avstriyanı Azərbaycanda təmsil etməklə yanaşı, alman dilini də təbliğ etdiyini deyən M.Linhart Avstriyaya təhsil almağa gedən azərbaycanlı tələbələrin sayının artdığını da sözlərinə əlavə etdi. 

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, qarşılıqlı əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıldı.

Görüşdən sonra qonaqlar Avstriya Kitabxanası və Avstriya Akademik Mübadilə Xidmətinin (OeAD) Bakıdakı İnformasiya Mərkəzi ilə tanış oldular.

Daha sonra tələbələrlə görüşən Avstriya Respublikasının Federal Avropa, İnteqrasiya və Xarici işlər nazirinin müavini Mixael Linhart onları maraqlandıran sualları cavablandırdı.

Qeyd edək ki, görüşdə Avstriya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Aksel Vex də iştirak edirdi.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol