• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi və “ASAN xidmət”dən birgə layihə

Təhsil Nazirliyi və “ASAN xidmət”dən birgə layihə
28.05.2020 19:44
"Təhsil Nazirliyi ilə "ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub". 

ANN.Az xəbər verir ki, bunu  Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi press-brifinqdə deyib.

Nazirlik rəsmisi qeyd edib ki, qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi "4”-dən yuxarı olub: "Yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün  respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır. Bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq "ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib. 

Press-brifinqdə həmçinin icbari ümumi orta təhsildən yayınma hallarının son illərdə əhəmiyyətli dərəcədə azalması və bununla  bağlı təhlil media nümayəndələrinin diqqətinə çatdırılıb. 

Daha sonra müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb. Bildirilib ki, mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib. 

Tədbirdə, həmçinin transfer.edu.az portalına müraciət edən tələbələr barədə məlumat verilib. Cari ildə təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Burada əsas məqsəd tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılması olub. Ümumi müraciət edənlərin sayı  241 nəfər olub. Onlardan 83 nəfərə müsbət cavab verilib.

Orxan Aslanlı
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol