• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 80 min insan bu xəstəlikdən əziyyət çəkir

Azərbaycanda 80 min insan bu xəstəlikdən əziyyət çəkir
10.10.2016 12:30
"Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə psixi sağlamlıqla bağlı müraciət edənlərin sayı ildən-ilə artır”.
 
APA-nın xəbərinə görə, mərkəzin direktor müavini Rüstəm Salayev jurnalistlərə deyib ki, bu, xəstələrin sayının artması ilə əlaqədar deyil. Onun sözlərinə görə, insanlar əvvəllər psixi xəstə adlandırılmaqdan çəkinirdilər: "Artıq vəziyyət dəyişib. İnsanlar indi çəkinmədən psixiatra müraciət edə bilirlər. Nəticədə müraciətlərin sayı artır. Məsləhət, müalicə, yardım forması anonim olduğundan dəqiq rəqəm demək mümkün deyil. Hazırda Azərbaycanda psixoloji xəstəliklərdən əziyyət çəkən kimi qeydiyyatda 80 min nəfər var. Ümumilikdə isə il ərzində dispanser qeydiyyatda olanların sayı 70-82 min nəfər arasında olur”.
 
Direktor müavini qeyd edib ki, müraciətlərin arasında adi məişət problemlərindən tutmuş boşanmaya qədər hər cür problemlər yer alır. Depressiyalarla bağlı da müraciətlərin çoxluq təşkil etdiyini deyən R.Salayevin sözlərinə görə, ruhi xəstəliklərlə bağlı da mərkəzə müraciət edənlər olur: "Bu il bir çox intihar halını vaxtında aşkarladığımızdan qarşısını ala bilmişik. Depressiyada olanların hardasa 20 faizi intihar etmək barəsində fikirləşir. Təbii ki, bu da çox böyük rəqəmdir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol