• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana insan hüceyrələri gətirilir?

Azərbaycana insan hüceyrələri gətirilir?
11.10.2016 13:18
Azərbaycana gözün buynuz qişalarının, kök hüceyrələrinin, sümük iliyinin və digər insan toxumalarının gətirilməsi üçün Gömrük Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi təklif edilir.

Bu təkliflə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev Trend-ə deyib ki, bu gün Azərbaycan klinikaları və həkimləri qeyd olunan toxumaların köçürülməsinə hazırdır: "Azərbaycanda ildə minə qədər insanın buynuz qişasının dəyişilməsinə ehtiyacı var. Bu buynuz qişası isə yalnız ölmüş insanın orqanizmindən (meyitdən) götürülə bilər. Azərbaycanda meyitdən orqan götürülməsi qanunda təsbit olunub, amma hələlik bu işin mexanizmləri hazırlanmayıb. Bu proses hazırda ölkədə həyata keçirilmir. Amma xeyli sayda xəstə var ki, onların bu işin həyata keçirilməsini gözləməyə zamanı yoxdur. Bizim klinikalarımızın və mütəxəsislərimizin buynuz qişasını köçürməyə imkanları var".

M.Quliyev əlavə edib ki, İranda, Rusiyada və başqa ölkələrdə buynuz qişa bankları var: "Onlar buynuz qişalarını meyitdən götürürlər, vətəndaşlarına pulsuz verirlər, başqa ölkələrə isə satırlar. Biz də onu alıb gətirə və Azərbaycanda buynuz qişasının köçürülməsini həyata keçirə bilərik. Bu, vətəndaşlarımız üçün ucuz başa gələr, həm də bu əməliyyatdan sonra qişanın 6 ay, 1 il izlənilməsi lazım olur. Xaricdə bu əməliyyatı etdirən şəxs yenidən müayinə olunmalıdır, bunun üçün isə həmin şəxsin təkrar əməliyyat olunduğu klinikaya getməsi lazımdır. Amma əməliyyat Azərbaycanda aparılsa, bu proses həm ucuz başa gələr, həm də xəstə yenidən başqa ölkəyə getmək məcburiyyətində qalmaz. Buynuz qişaları, kök hüceyrələri, sümük iliyi və digər insan toxumaları bir ölkədən başqa bir ölkəyə xüsusi konteynerlərlə daşınır. Onların gətirilməsi üçün Gömrük Məcəlləsinə dəyişikliklər edilməlidir".


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol