• $
  • €
  • ₽
  • ₺
  • £

Akif Əlizadə: "AMEA-nın magistratura pilləsi üçün bina ayrılacaq"

Akif Əlizadə: "AMEA-nın magistratura pilləsi üçün bina ayrılacaq"
12.10.2016 17:07
 "Akademiyada gənclərin təhsil almasına marağın daha da artması üçün şərait yaradılmalıdır”. 

"Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, AMEA üçün magistratura pilləsi çox mühüm və vacib addımdır: "Akademiyanın magistratura pilləsi universitetlərin magistraturasından fərqli olmalıdır, elmə yönəlmiş olmalıdır. Akademiyada gənclərin təhsil almasına marağın daha da artması üçün şərait yaradılmalıdır. Hazırda AMEA-da gənclərin magistratura təhsili almağa marağı böyükdür. Hətta bəzi universitet rektorları AMEA-nın magistrları onların əlindən aldığımıza görə bizdən inciyir.
 
Təbii ki, bu, şəraitdən asılıdır. Bu tədris ilində Akademiyada magistratura pilləsinə 63 yer ayrılmışdı, 56 yerə magistr qəbulu həyata keçrilib, 7 yer isə boş qalıb. Növbəti tədris ilində AMEA-nın institutları magistratura pilləsi üçün 200 yer ayrılmasına hazır olduqlarını bildiriblər. Amma düşünürəm ki, bu rəqəm Akademiya üçün çoxdur”.

A.Əlizadə qeyd edib ki, AMEA magistr pilləsində təhsil alan gən­clərin üçdə bir hissəsini elmi kadr kimi saxlasa, gələcəyi üçün uğurdur.

AMEA prezidenti vurğulayıb ki, gələcəkdə Akademiyanın magistratura pilləsi üçün binanın ayrılması nəzərdə tutulur.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol