• $
  • €
  • ₽
  • ₺
  • £

Duzlu suyun müalicəvi xüsusiyyəti – RESEPT

Duzlu suyun müalicəvi xüsusiyyəti – RESEPT
30.10.2016 19:14
Adi xörək duzu güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən müxtəlif iltihablar zamanı geniş istifadə olunur və çox yaxşı müalicəvi təsir edir.

ANN.Az Saglamolun saytına istinadən, duzlu su ilə olan bəzi müalicəvi reseptləri təqdim edir

1. Boğaz ağrısı, angina zamanı duzla qarqaralar çox yaxşı müalicəvi effekt verir. 1 stəkan ilıq suda 1 çay qaşığı (uşaqlar üçün yarım çay qaşığı) duz həll edin və gün ərzində bir neçə dəfə bu məhlulla qarqara edin. Nəzərə almaq lazımdır ki, angina zamanı bu vasitə yalnız köməkçi vasitə kimi istifadə oluna bilər. Angina mütləq antibiotiklərin köməyi ilə müalicə olunmalıdır!

2. Diş və damaqların iltihabları zamanı da duzlu su (1/2-1 ç.q. duz + 1 stəkan su) çox yaxşı kömək edir. Ağız boşluğunu duzlu su ilə tez-tez qarqara edin, bu iltihabın azalmasına kömək edir. Diş çəkiləndən sonra ağız boşluğunu duzlu su ilə qarqara edin. Bu yaranın daha tez sağalmasına kömək edir, iltihabın  qarşısını alır.

3. Duzlu su göbələk əleyhinə təsirə malikdir. Bu səbəbdən duzla ayaq vannaları göbələk zamanı yaxşı kömək edə bilər. 1 l su üçün 2 xörək qaşığı duz götürülür. Duz suda həll olunur və ayaq vannaları üçün istifadə olunur. Həmçinin bu sadə vasitə pis ayaq qorusunu yox etməyə kömək edir.

4. Zökəm zamanı duzlu su ilə burnunuzu yuyun.

5. Duzlu su ilə vannalar (1 l su + 2 x.q. duz) ayaqlarda şişkinliyi azaldır, ayaq yorğunluğu aradan qaldırır.

5. Baş ağrıları zamanı 1 stəkan ilıq suda 1 çay qaşığı duz həll edin, məhlulda tənzif isladın və alnınıza qoyub bir qədər uzanın.

6. Üz dərisində sızanaqlar zamanı duzlu su çox yaxşı kömək edir. Üzünüzü hər gün duzlu su ilə yuyun.

7. Duzlu su üz dərisini cavanlaşdırır, daha təravətli edir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol