• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə fənn birləşdirilə bilər

Bir neçə fənn birləşdirilə bilər
31.10.2016 12:13
"12 illik təhsil barəsində danışarkən ilkin olaraq onun məzmunu götür-qoy olunmalı, bu barədə konkret qənaətlərə gəlinməlidir. Ənənəvi olaraq ümumi təhsilin səviyyələri arasında əlaqələr sadədən mürəkkəbə prinsipi əsasında qurulur. Bu, əslində 12 illik ümumi təhsilin səviyyələri arasında əlaqələr üçün də xarakterikdir. Lakin zəruri olan bir neçə məsələ var ki, onlar daha fərqli yanaşma tərzi kimi diqqət saxlanılmalıdır”.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasovun "Azərbaycan müəllimi” qəzetində dərc olunan məqaləsində deyilir.
 
Ə. Abbasov bildirib ki, ilk olaraq ümumi təhsilin məzmununu artıq hesab edilən təlim yükündən təmizləməkdən lazımdır:
 
"Yeni konsepsiyaya uyğun hazırlanmış standart və kurikulumlar buna imkan verir. Sadəcə nəticələri əhatə etməklə müvafiq qabiliyyət və dəyərlərin mənimsənilməsini tələb edir. Bu qabiliyyət və dəyərlərin formalaşdırılması üçün zəruri hesab edilən bilikləri müəyyənləşdirmək və ondan istifadə etmək müəllimin ixtiyarına verilir. İkinci isə uyğun, bir-birinə daha yaxın olan fənlərin birləşdirilməsidir. Dünyanın qabaqcıl təhsil təcrübələrində bir-biri ilə bağlı olan fənlərin birləşdirilməsi qaydasından istifadə olunur. Ona görə də dil və ədəbiyyatı, təbiət elmləri ilə, eləcə də incəsənətlə əlaqədar fənləri ayrı-ayrılıqda birləşdirməklə xüsusi praktik yönlü fənlər yaratmaq və onlardan istifadə etmək olar. Bununla icbari təhsil pilləsində fənlərin sayını xeyli azaltmaq mümkündür”.
 
O qeyd edib ki, yuxarı siniflərdə isə təhsil prosesini təmayüllər üzrə təşkil etmək üçün yenə də yalnız aidiyyəti təmayül fənlərini müəyyən etməklə fənlərin sayını azaltmaq və lazımı biliklərin öyrədilməsinə şərait yaratmaq olar:
 
"Bütün bunlar isə mövcud olan təkrarların, praktik əhəmiyyəti olmayan anlayış və qaydaların aradan qaldırılması ilə nəticələn bilər. Məktəb həm də 12 illik təhsil sisteminə keçməsi ilə inteqrativ xarakter daşımalı, bütün fəaliyyətlərin qurulmasında ona xüsusi önəm verilməlidir. İnteqrasiya ilkin olaraq təhsilin məzmun komponenti kimi təhsil səviyyələri üzrə səriştələrin (kompetensiyaların) müəyyən olunmasında, sonra həmin səriştələrə təminat verə biləcək fənlərin, yaxud fənn bloklarının yaradılmasında özünü büruzə verəcək”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol