• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədi İcra Hakimiyyətindən su basmış ərazilərlə bağlı AÇIQLAMA

Binəqədi İcra Hakimiyyətindən su basmış ərazilərlə bağlı AÇIQLAMA
31.10.2016 13:32
"Binəqədi rayonunda fasiləsiz yağıntılardan sonra su basan ərazilərdə problemin köklü həlli məqsədi ilə aidiyyəti dövlət qurumları tərəfindən plan hazırlanıb”.

Binəqədi Rayon İcra Hakimiyyətinin (İH) APA-nın sorğusuna cavabında qeyd edilib.

İH-dən bildirilib ki, təbii fəlakət baş verən gündən etibarən rayonun fövqəladə hallar komissiyasının tərkibində Binəqədi rayonu üzrə icra hakimiyyətinin vəzifəli şəxslərinin rəhbərliyi ilə operativ qərargahlar yaradılıb, sakinlərlə yerlərdə görüşlər keçirilib və təbii fəlakətin fəsadlarının birgə aradan qaldırılması işləri təşkil edilib, rayonun bütün kommunal xidmət təşkilatları da sutka ərzində növbətçilik sistemi ilə işləyib:

"Tək Xocəsən, Biləcəri, Binəqədi və Məhəmməd Əmin Rəsulzadə qəsəbələrində deyil, 6, 7, 8, 9-cu mikrorayonlarında və 28 May qəsəbəsində də yağıntılar xırda fəsadlar yaradıb və aidiyyəti qurumlarla birlikdə dərhal aradan qaldırılıb.

Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Polis İdarəsi, Fövqəladə Hallar Nazirliyi, "Azərsu” ASC-nin və yerli özünüidarəetmə orqanlarının birgə gördüyü tədbirlər nəticəsində Binəqədi şosesində nəqliyyatın hərəkəti bərpa edilib, fərdi yaşayış evlərindən yağış suları təmizlənib”.

Xırdalan-Binəqədi kollektoru hazırkı şəraitdə tələblərə cavab verib-verməməsinə gəlincə, qeyd olunub ki, bu kollektorun daşması birbaşa yağıntıların normadan artıq olmasıyla əlaqədardır:

"Məsələyə ümumi kontekstdən baxsaq, bu illərlə yığılıb qalan kommunal problemlərlə bağlıdır”.

Qeyd olunub ki, Biləcəri və Binəqədi qəsəbələrinin, Binəqədi kəndi ərazisinin əhəmiyyətli hissəsində kanalizasiya şəbəkəsi yoxdur. Başqa sözlə, Bakı Beynəlxalq Avtovağzalından başlayaraq "Zəngəzur” restoranına (Binəqədi şosesi) qədər uzanan çökəklik ərazidə, demək olar ki, sistemli kanalizasiya şəbəkəsi mövcud deyil: 

"Bu ərazidə yaşayan əhalinin payız-qış aylarında həyəti, evlərinin zirzəmiləri daim su ilə dolmuş vəziyyətdə olur və həmin ərazidə yaşayan əməkdaşlarımız da var”.

"Binəqədi Rayon İcra Hakimiyyəti problemin köklü həlli istiqamətində hökumət qarşısında təkliflərlə çıxış edibmi, bu ərazidə kanalizasiya şəbəkəsinin yaradılması üçün nə qədər vaxt tələb olunur” sualına cavab olaraq bildirilib ki, fəsadların aradan qaldırılması üçün ölkə başçısının tapşırığı ilə nəinki Binəqədi rayonunda, eyni zamanda Bakının mövcud problemlə üzləşən digər ərazilərində təxirəsalınmaz tədbirlərin görülməsini aidiyyəti qurumlar qarşıya məqsəd qoyub: 

"Bizdə olan məlumata görə, problemin köklü həlli məqsədilə mövcud ərazidə kollektor, kanalizasiya şəbəkələrinin yaradılması istiqamətində aidiyyəti qurumlar tərəfindən "Masterplan” işlənib, layihələndirmə işləri başa çatıb. Rayon İcra Hakimiyyəti bu istiqamətdə sözügedən qurumlarla koordinasiyalı işlər həyata keçirir və gələcəkdə də bu sahədə işlər davam edəcək”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol