• $
  • €
  • ₽
  • ₺
  • £

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Yol polisi reydlərə başladı

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Yol polisi reydlərə başladı
02.11.2016 10:38
Oktyabrın 31-də Azərbaycanda istifadə edilən bütün növ nəqliyyat vasitələri və ölkə üzrə istifadə edilən avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatıb.

Noyabrın 1-dən etibarən yol polisləri texniki baxışdan keçməyən avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edəcək. 

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, artıq noyabrın 1-dən yol polisləri Bakıda reydlərə başlayıb: "Yol polisləri tərəfindən saxlanılan avtomobillərin texniki baxışdan keçməməsi aşkarlanarsa, sürücü inzibati qaydada məsuliyyətə cəlb edilir. Fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Avtomobili texniki baxışdan keçməyən sürücüyə yol polisi tərəfindən inzibati protokol tərtib edilirsə, 10 gün müddətinə avtomobil texniki baxışa təqdim edilmirsə, 10 gündən sonra həmin sürücüyə yenidən protokol tərtib edilə bilər. Ona görə də avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, texniki baxışdan keçmə müddəti başa çatan avtomobilləri texniki baxışa təqdim etsinlər".

V.Əsədov bildirib ki, bunun üçün Bakının Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində Respublika Dövlət Yol Polisinin Diaqnostika Şöbəsi fasiləsiz fəaliyyət göstərir: "Həmin şöbə bütün təqdim edilən avtomobillərin texniki baxışdan keçirilməsi üçün müasir tipli xüsusi avadanlıqlarla təchiz edilib. Əvvəllər texniki baxışdan keçmə müddəti başa çatan avtomobilləri texniki baxışa təqdim edərkən sürücü cərimələnirdi. Amma indi sürücü əgər avtomobili texniki baxışa təqdim edirsə, ona cərimə yazılmır və avtomobil maneəsiz texniki baxışdan keçirilir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol