• $
  • €
  • ₽
  • ₺
  • £

Masallı və Lerikdə insanlar təhlükə ilə üz-üzə

Masallı və Lerikdə insanlar təhlükə ilə üz-üzə
10.11.2016 15:59
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası cənub bölgəsində sürüşmə sahələrində monitorinq aparıb.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, cənub bölgəsi ekzogen-geoloji proseslərə məruz qalan ən aktiv ərazilərdən biridir.
 
Onun sözlərinə görə, Masallı rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndindəki qədim sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunur.
 
Ekspedisiya rəisi bildirib ki, Masallı-Zuvand yolunda yerləşən Güllütəpə kəndində vətəndaşlara verilən pay torpaqlarında sürüşmə baş verib: "Sürüşmənin uzunluğu 300-350 metr, eni 75-80 metr, qırılma qaşının hündürlüyü 4-5 metrdir. Sürüşmə artıq evə çatıb, bir ev təhlükəli vəziyyətlə üzləşib".
 
ƏQaralov deyib ki, Lerik rayonunun Davradibi kəndində 2 yaşayış evində lokal sürüşmə-çökmə hadisəsi baş verib: "Hər iki evə təhlükə gözlənilir. Bundan başqa, Lerik rayonu Bürsülüm kəndinin cənub hissəsində uzunluğu 500-600 metr, eni 1 metrə, qırılma qaşı 0,5-dən 1,2 metr olan çat müşahidə olunur. Bundan 30-40 metr aralıda uzunluğu 150-200 metr, eni 40-50 metr, qırılma qaşı 0,8-1,6 metr olan sürüşmə sahəsi əmələ gəlib. Bu sürüşmə sahəsi yenidir. Sürüşmə aktiv fazadadır və hazırda davam edir".
 
Ə.Qaralov onu da qeyd edib ki, Piran-Veri-Əliabad yolunun 12-14-18-ci km-də çox saylı çökmə və uçqunlar baş verib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol