• $
  • €
  • ₽
  • ₺
  • £

Ümumi təhsilin dövlət standartları hazırlandı

Ümumi təhsilin dövlət standartları hazırlandı
11.11.2016 17:38
Təhsil Nazirliyi Azərbaycanda ümumi təhsilin dövlət standartları layihəsini hazırlayıb.
 
Nazirlikdən APA-ya verilən xəbərə görə, ümumi təhsilin dövlət standartları (bundan sonra – dövlət standartları) "Təhsil haqqında” Qanununa, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən hazırlanıb.
 
Dövlət standartları ümumi təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edir. Dövlət standartları fənlər üzrə məzmun standartları və kurikulumların hazırlanmasında əsas tutulur. Dövlət standartları 5 il müddətinə qüvvədədir.
 
Ümumi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, nəticəyönümlük, şagirdyönümlük, şəxsiyyətyönümlük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır. Ümumi təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, məzmunu ağırlaşdıran məsələlərin daxil olunması yolverilməzdir.
 
Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir, müəssisənin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunur. Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.
 
Ümumi təhsilin həyata keçirildiyi müəssisələrdə işə, bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər müəyyən edilmiş qaydalara uyğun olaraq, bilavasitə öz ixtisasları üzrə qəbul olunurlar. Zəruri hallarda ucqar yaşayış ərazilərində yerləşən ümumi təhsil müəssisələrində pedaqoji orta-ixtisas təhsilli şəxslərin qəbuluna, habelə ixtisaslı pedaqoji kadr çatışmadığı hallarda məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir. Cinayət məsuliyyətinə cəlb olunmuş təhsilverənlərin pedaqoji fəaliyyəti davam etdirmələri, habelə səhhətinin vəziyyətinə görə, təhsilverənlərin təlim-tərbiyə müəssisəsində fəaliyyədən kənarlaşdırılması müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
 
Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üçün təsdiq olunmuş təhsil proqramları üzrə qazandıqları təlim nailiyyətlərinin səviyyəsi ilə müəyyən edilir.
 
Qeyd edək ki, Təhsil Nazirliyi "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.
 
İctimai müzakirədə iştirak etmək istəyənlər  Təhsil Nazirliyinin internet saytının "Sənədlər” bölməsində (http://edu.gov.az/upload/file/layihe-senedi/umumi_tehsilin_dovlet_standartlari.pdf) həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları [email protected] elektron poçtuna göndərməklə bildirmək mümkündür. Təhsil Nazirliyi "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol