• $
  • €
  • ₽
  • ₺
  • £

121 nəzarətçi bazadan xaric edildi

121 nəzarətçi bazadan xaric edildi
16.11.2016 14:45
Nəzarətçi-müəllimlərlə bağlı aparılan araşdırmanın nəticələri açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb.
 
DİM-dən verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına, ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi – buraxılış imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin  fəaliyyəti, hər il, imtahanlar başa çatdıqdan sonra qiymətləndirilir. Bu zaman onların imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı və s. araşdırma aparılır. 
 
Bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi, onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün nəzarətçi seçimi meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 
 
Qeyd olunub ki,  2016-cı ildə keçirilən test imtahanlarına nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 13966 nəfərdən ibarət olub. Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 8853, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına 5012, orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 3676 nəzarətçi cəlb edilib.
 
Bu il qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 854 nəzarətçi-müəllimə təşəkkür elan edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 121 nəzarətçi bazadan xaric edilib.  
 
İndiyə qədər DİM tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2713 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 273 müəllim fəxri fərmanla təltif edilmişdir. Fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 5, 13, 100, 150, 191, 258, 263, 271, 283, 285 saylı məktəblərinin nəzarətçi-müəllimləri xüsusi olaraq seçilirlər. Regionlar üzrə isə Gəncə şəhəri 6 və 28 saylı, Şəki şəhəri 11 və 18 saylı, Naxçıvan şəhəri 14 saylı, Şərur şəhəri 2 saylı, Göyçay şəhəri 7 saylı; Xaçmaz şəhəri 9 saylı, Lənkəran şəhəri xarici dil təmayüllü internat tam orta məktəbi və 3 saylı məktəblərinin nəzarətçi-müəllimləri, fərqlənir.
 
DİM tərəfindən aparılan araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb. //APA

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol