• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəb direktoru və müavini işdən çıxarıldı - Rəsmi

Bakıda məktəb direktoru və müavini işdən çıxarıldı - Rəsmi
17.11.2016 10:30
"Bakı şəhəri 230 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın, həmçinin məktəb direktoru Elşən Qafarovun üzürsüz səbəbdən işə gəlməməsi və əmək funksiyalarını yerinə yetirməməsi barədə müraciətlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb”.

Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirlib.
 
Qeyd edilib ki, araşdırmanın nəticəsi olaraq, hər iki şəxsin Bakı şəhəri 230 nömrəli tam orta məktəbdəki fəaliyyətinə xitam verilməsi məqsədəuyğun hesab edilib:

"Bununla əlaqədar olaraq Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin direktoru Qafarov Elşən Yəhya oğlu ilə bağlanmış əmək müqaviləsi noyabrın 10-dan, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Ləman Eldəniz qızı ilə bağlanmış əmək müqaviləsi noyabrın 15-dən ləğv edilib.

Məktəbdə direktor vəzifəsinin müvəqqəti icrası BŞTİ-nin əməkdaşına həvalə edilib. Hazırda məktəbdə təlim-tərbiyə prosesi normal şəkildə davam etdirilir. Məktəbə yeni direktorun təyinatı mövcud qaydalar və müvafiq prosedura uyğun şəkildə həyata keçiriləcək”.

Həmçinin bildirilib ki, Ləman Babayevanın müvafiq ərizəsi nəzərə alınaraq, onun pedaqoji fəaliyyətini digər məktəblərdən birində davam etdirməsi məsələsi isə müzakirə mərhələsindədir.
 
Bakı şəhərində yerləşən Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, əslən erməni olduğu deyilən (anasının anası) Ləman Eldar qızı Babayevanın həmin məktəbin direktorunun onu guya məktəbdə zorlaması, buna görədə Ləman Babayevanın qardaşı Abdullayevin bıçaqla məktəbə hücüm etməsi ilə bağlı xəbərlər, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol