• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda uçqun baş verə biləcək ərazilər açıqlandı

Bakıda uçqun baş verə biləcək ərazilər açıqlandı
23.11.2016 15:55
Bakı və Abşeron yarımadasında yerləşən 7 böyük gölün ətrafında ekzogen-geoloji proseslərin (çökmə, uçqun, eroziya və s.) baş verə biləcəyi sahələr müəyyənləşdirilib.
 
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Əvəz Salamovun APA-ya verdiyi məlumata görə, Masazır, Mirzələdi, Bülbülə, Məhəmmədli (Zabrat), Qırmızı şərqi, Qırmızı qərbi və Xocahəsən gölləri ətrafında tədqiqat işləri aparılıb, gələcəkdə çökmə, uçqun, eroziya proseslərinin baş verə biləcəyi yerlər aşkarlanaraq sahələrə ayrılıb. Elmin İnkişafı Fondunun ayırdığı maliyyə vəsaiti hesabına aparılan tədqiqat işləri başa çatdırılıb.
 
Geologiya və Geofizika İnstitutunun əməkdaşı tədqiqat işi ilə bağlı bəzi detalları açıqlayıb. Ə. Salamov qeyd edib ki, aparılmış tədqiqat işinin nəticələrinə əsasən Məhəmmədli (Zabrat) gölünün şərq və şimal-qərb tərəflərində əsas etibarilə çökmə prosesi proqnozlaşdırılır: "Bülbülə gölünün həm şərq, həm də qərb tərəfləri hər hansı bir tikinti işinin aparılması üçün yararlı deyil. Gölün ətrafında pozulma xətləri də aşkarlanıb ki, bu da gələcəkdə təhlükəli vəziyyətə səbəb ola bilər. Eyni zamanda, Masazır gölü və Masazır gölünün yaxınlığında yerləşən Mirzələdi gölünün ətrafı da ekzogen-geoloji proseslərə məruz qalacaq. Xocahəsən gölündə isə qırılma nöqtəsi aşkarlanıb. Bu isə o deməkdir ki, Xocahəsən gölü ətrafındakı ərazi parçalanmaya məruz qalıb”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol