• $
  • €
  • ₽
  • ₺
  • £

"Tam azad, sərbəst şərait yaradılıb" - Mübariz Qurbanlı

"Tam azad, sərbəst şərait yaradılıb" - Mübariz Qurbanlı
24.11.2016 17:26
"Azərbaycanda Kərbəlaya, Məşhədə ziyarətlər qadağan deyil. Ancaq bu səfərlərin təşkili tənzimlənməlidir. Biz bilməliyik ki, bu səfərləri hansı təşkilatlar, kimlər, hansı məqsəd və niyyətlə təşkil edir".
 
Bunu Kərbəlaya ziyarətə gedən 500-ə qədər azərbaycanlının İraq-İran sərhədində problemlə üzləşməsinə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
M. Qurbanlı bildirib ki, dini yerlərə ziyarətlərlə əlaqədar qaydalar var:
 
"Həmin dini yerlərə ziyarətlərə təşkil edən şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığını aldıqdan sonra bu fəaliyyəti həyata keçirməlidir. Burada yalnız Həcc ziyarəti istisnadır, Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Səudiyyə Ərəbistanı ilə imzalanmış protokol əsasında həyata keçirilir. Digər dini yerlərə ziyarət təşkil edən şirkətlər müvafiq icazələr almalıdır. Çox təəssüf ki, son səfəri təşkil edənlər bunu qeyri-qanuni şəkildə həyata keçiriblər".
 
Dövlət Komitəsinin sədri qeyd edib ki, İrana, İraqa getmək istəyən vətəndaşlar sərhəd-keçid məntəqəsində problemlə üzləşmirlər:
 
"Viza məsələsində hər hansı problemlə qarşılaşmırlar. Səudiyyə Ərəbistanında konkret viza sistemi var. Amma İrana viza sistemi olmadan bu cür ziyarətlər təşkil edirlər. Biz bu məsələləri araşdırırıq. Bəzi qurumlara bununla bağlı təkliflərimizi də vermişik. Hesab edirik ki, kollektiv şəkildə hansısa qrupları dini ziyarətə aparan şirkətlərə sərhəd-keçid məntəqələrində diqqət yetirilməlidir. Bu şirkətlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən icazə almalıdır. Bu ziyarətləri kimlərin təşkil etməsi, kimlərin ziyarətə getməsi aydınlaşdırılmalıdır. Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə aparılır, müəyyən qruplar tərəfindən təsir altına alınır. Bəziləri hətta xarici ölkələrə gedərkən Azərbaycanın maraqları əleyhinə hərəkətlərə yol verir".
 
M. Qurbanlı nəzərə çatdırıb ki, dövlət Kərbəlaya ziyarətə hər hansı qadağa qoymaq niyyətində deyil:
 
"Ziyarətlər üçün tam azad, sərbəst şərait yaradılıb. Ancaq ziyarətlərin təşkilində bir nizam-intizam olmalıdır". //APA

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol