• $
  • €
  • ₽
  • ₺
  • £

IX sinifi bitirənlərə şəhadətnamə verilməyəcək

IX sinifi bitirənlərə şəhadətnamə verilməyəcək
26.11.2016 14:11
Nazirlər Kabineti "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nı yeni redaksiyada təsdiq edib.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir.

Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən ümumi orta təhsil səviyyəsini (IX sinif) xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilib. Yeni Qaydaya əsasən ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında  fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi  attestat veriləcək. 

İndiyə qədər tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilib. Yeni Qaydaya əsasən tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat veriləcək. 

Eyni zamanda tam orta təhsil haqqında attestatda "Təhsil aldığı təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti yazılacaq.  Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılacaq.

Attestatların ölçüləri və təsviri də dəyişib. Yeni Qaydaya əsasən ümumi orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. Ümumi orta təhsil haqqında  fərqlənmə attestatının üzlüyü qırmızı, adi  attestatın üzlüyü isə yaşıl rənglidir.

Ümumi orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində "Azərbaycan Respublikası” sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə "Ümumi orta təhsil haqqında attestat” və ya "Ümumi orta təhsil haqqında fərqlənmə attestatı” sözləri həkk olunur. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Ümumi orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə "Azərbaycan Respublikası ümumi orta təhsil haqqında attestat” və ya "Azərbaycan Respublikası ümumi orta təhsil haqqında fərqlənmə attestatı” sözləri,  ümumi orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. 

Ümumi orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq.  Tam orta təhsil haqqında attestat 12.5x17 sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunacaq. 

Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), tam orta təhsil haqqında fərqlənmə attestatının üzlüyü qırmızı, tam orta təhsil haqqında adi attestatın üzlüyü isə yaşıl rəngli olacaq. Tam orta təhsil haqqında attestatın üz qabığının yuxarı hissəsində "Azərbaycan Respublikası” sözləri, orta hissəsində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, aşağı hissəsində isə "Tam orta təhsil haqqında attestat”, "Tam orta təhsil haqqında fərqlənmə attestatı” və ya "Tam orta təhsil haqqında xüsusi nümunəli attestat” sözləri həkk olunacaq. Attestatın üz qabığının içərisinin sağ və sol tərəflərinin ortasında Azərbaycan Respublikası Dövlət gerbinin təsviri həkk ediləcək. Tam orta təhsil haqqında attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə "Azərbaycan Respublikası tam orta təhsil haqqında attestat”, "Azərbaycan Respublikası tam orta təhsil haqqında fərqlənmə attestatı” və ya "Azərbaycan Respublikası tam orta təhsil haqqında xüsusi nümunəli attestat” sözləri, tam orta təhsil haqqında attestatın seriyası və nömrəsi yazılacaq. Tam orta təhsil haqqında attestatın sol aşağı kənarında möhür yeri və direktorun imzası üçün yer saxlanılacaq.

Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda nömrələnmə A № 000001-dən başlayaraq, hər dəfə bir say artırılmaqla çap ediləcək. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsindən əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılacaq.  Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Təhsil Nazirliyi tərəfindən verilir. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim ediləcək. Ümumi təhsil müəssisəsi ləğv olunduqda, ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat və ya onların dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.

2016-2017-ci və 2017-2018-ci tədris illərində ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirmiş məzunların buraxılış imtahanı aparılan fənlər də daxil olmaqla, hər bir fənn üzrə yekun attestasiyasının nəticələri tam orta təhsil haqqında attestatın "illik” qrafasında bir qiymətlə yazılacaq.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol