• $
  • €
  • ₽
  • ₺
  • £

Stressdən qurtulmaq üçün təbii vasitə

Stressdən qurtulmaq üçün təbii vasitə
27.11.2016 21:19
Hamı bilir ki, təbii süd məhsullarının tərkibində olan probiotiklər həzm prosesləri yaxşılaşdırır, mədə-bağırsaq sisteminin sağlamlığını qoruyur. Lakin bununla probiotiklərin orqanizmə olan müsbət təsiri bitmir.

Araşdırmalar göstərib ki, probiotiklər immun sistemini möhkəmləndirir, 2-ci tip diabetin riskini azaldır, hətta autizmdən əziyyət çəkən insanların vəziyyətinə müsbət təsir edir.

"The Daily Mail" xəbər verir ki, Missuri Universiteti (ABŞ) alimləri heyvanlar üzərində aparılan eksperimentlər zamanı probiotiklərin yeni faydalı xüsusiyyətini aşkar ediblər. Məlum olub ki, probiotiklər stress hormonlarının ifrazını azaldır və bununla da streslə mübarizə etməyə kömək edir.

Probiotiklər təzə süd məhsullarında çoxdur. Bu xüsusilə "diri" yoqurtlar, təzə qatıq, kefir kimi məhsullara aiddir. Nəzərə almaq lazımdır ki, probiotiklər diri orqanizmlərdir, onlar çox tez məhv olur. Bu səbəbdən süd məhsulunun saxlanma müddəti çoxdursa, belə məhsulun tərkibində probiotiklər ya heç olmur, ya da çox azdır.

Beləliklə, özünüzü stresin mənfi təsirindən qorumaq istəyirsinizsə, hər gün 1 stəkan təzə qatıq və ya kefir, diri yoqurt qəbul edin.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol